Murad ƏSƏBİLƏŞDİ: “Anamın evini dağıtdılar, eyvanını sökdülər” – FOTO

Murad ƏSƏBİLƏŞDİ: “Anamın evini dağıtdılar, eyvanını sökdülər” – FOTO

Hazırda oxunan: Murad ƏSƏBİLƏŞDİ: “Anamın evini dağıtdılar, eyvanını sökdülər” – FOTO

91139

Bəstəkar-müğənni Murad Arif məhəllə içi yolların təmir məqsədi ilə aparılan söküntü işlərinə etiraz edib. 

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında status paylaşıb. 

Arif Tbilisi prospekti ərazisində yaşayan anasının evi ilə bağlı üzləşdiyi çətinlikdən söz açıb.  

“Biri mənə başa salsın ki, bu Tbilisi prospektinə nə olub? Bakıda bütün məhəllə içi yollar “Bombeydir”. Sovetdən qalma təmirdir… “Qələbə” dairəsində anamın evinin içini dağıtdılar, eyvanını sökdülər! Yataq otağını başqa bir otağa qatmışdıq.
Otağı dağıtdılar, çərçivələrin rənginə görə təzə qoyduğumuz çərçivələri sökdülər, dəyişdilər. Bəs, məhəllənin içi? Mənzil İstismar İdarəsinə (JEK) yalvarmaqdan yorulduq ki, məhəllənin işıqları yoxdur. Həyətlər işlənməyən, yer tutan, faydasız qarajlarla doludur. Baxan yoxdur. İndi də hər gün getdiyimiz, normal yolu olan Tbilisi prospekti. Niyə?” – deyə Murad fikirlərini ifadə edib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO