“Ermənistanı daha böyük müharibə gözləyir” - Postancyan

“Ermənistanı daha böyük müharibə gözləyir” - Postancyan

Hazırda oxunan: “Ermənistanı daha böyük müharibə gözləyir” - Postancyan

9110

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan və onun uşaqları dövlətin xüsusi himayəsindədir, çünki onlar da müəyyən dərəcədə dövlət sirrinin daşıyıcılarıdır. Ölkədə hərbi vəziyyətin ləğv edilmədiyi bir şəraitdə hüquq-mühafizə sisteminin yüksək vəzifəli məmurlarından kimsə ona imkan verdi ki, ölkədən çıxsınlar. 

Bizim.Media xəbər verir ki, bunu "Əriklər ölkəsi" partiyasının rəhbəri Zauri Postancyan yanvarın 20-də jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Akopyanın Moskvada Azərbaycan tərəfinin nümayəndələri ilə görüşməməsinə heç bir zəmanət yoxdur, ona bu və ya digər məsələlər üzrə müəyyən təkliflər edilə bilər. 

Müxalifətçinin fikrincə, bu təkliflərdə milli təhlükəsizlik məsələləri də yer ala bilər. 
"Mən hətta istisna etmirəm ki, o, yalnız qaçmağa çalışır. Axı baş nazir bəyan edib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün ona daha 6 ay vaxt lazımdır".

"Bununla əlaqədar düşünürəm ki, onların hələ məşğul olmaları üçün çox şey var. Hələ öz missiyalarını tam yerinə yetirməyiblər. Aydındır ki, daha böyük müharibə artıq qapılarımızı döyür. Hər şey hələ qabaqdadır. Azərbaycanla Türkiyənin birgə hərbi təlimlərinə baxın", - Postancyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO