Özbək opera ulduzu Müslüm Maqomayevi təbliğ etmək üçün yenə veloyürüşə çıxıb - VİDEO 

Özbək opera ulduzu Müslüm Maqomayevi təbliğ etmək üçün yenə veloyürüşə çıxıb - VİDEO 

Hazırda oxunan: Özbək opera ulduzu Müslüm Maqomayevi təbliğ etmək üçün yenə veloyürüşə çıxıb - VİDEO 

91004

Özbəkistanın tanınmış opera müğənnisi Xursand Şerov bu il avqustun 9-da Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunan veloyürüşə başlayıb.

Bizim.Media xəbər verir ki, Şerov artıq Qazaxstan. Özbəkistan, Qırğızıstandan keçərək Rusiya şəhərlərində böyük Müslüm Maqomayevi təbliğ etməklə məşğuldur.

Keçdiyi bütün şəhərlərdə sinəsində Azərbaycan bayrağını daşıyan müğənni bütün yerlərdə ölməz sənətkarın “Azərbaycan” mahnısını da səsləndirir. 

Avqustun 28-də Rusiyanın Vışnıy Voloçyok şəhərində olan Xursand Şerov burada konsertdə çıxış etməklə yanaşı, Müslümün bu şəhərdə bir zmanalar yaşadığı evi və evi önündə olan barelyefini də ziyarət edib.
Azərabycan diasporu ilə səmimi görüş keçirən müğənni Maqomayevin əvəzsiz sənətini, Azərbaycanın ölməz musiqilərini hələ çoxlu şəhərlərdə, ölkələrdə səsləndirəcəyini bildirib.

Ardınca müğənni Novqorod şəhərində olub. Şəhər günü ilə bağlı təşkil edilmiş tədbirdə Müslüm Maqomayevin musiqilərini ifa edib.

Şerov ümumilikdə Ginnesin Rekordlar Kitabına düşmək iddiası ilə 14 min kilometr məsafə qət edərək, Maqomayev yaradıcılığını və Azərbaycan musiqisini təbliğ edəcək.

Məlumat üçün qeyd edək ki, özbək ifaçı 2019-cu ildə, Müslüm Maqomayevin 77-ci ildönünümdə də oxşar addımı ilə yadda qalıb. Şerov Maqomayevin ifasında məşhurlaşan “Azərbaycan”, “Mavi ədəbiyyət”, “Ay dəniz” və digər mahnıları ifa edir.
Özbəkistanlı müğənninin ifası ilə videodan tanış ola bilərsiniz:

Bizim.Media

 










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO