Hacı Şahindən Elşad Miriyə SƏRT SÖZLƏR: “Nolar, bunu desən canın çıxmaz ki?!”

Hacı Şahindən Elşad Miriyə SƏRT SÖZLƏR: “Nolar, bunu desən canın çıxmaz ki?!”

Hazırda oxunan: Hacı Şahindən Elşad Miriyə SƏRT SÖZLƏR: “Nolar, bunu desən canın çıxmaz ki?!”

90984

Bir neçə gündür ki, ölkəmizdə iki tanınmış din adamı arasında ciddi mübahisə gedir. Bir neçə gün əvvəl ilahiyyatçı Elşad Mirili bildirib ki, “Mir Mövsüm Ağa möhtəşəm seyid idisə, niyə özünü sağalda bilmirdi?!” 

Onun bu sözləri cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Hacı Şahin bu cür fikirlərin arxasında gizli və qorxulu planların olduğunu bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Bütün nemətlər ALLAHINDIR! – “İslamda hansısa ayda toy qadağası deyə bir şey yoxdur” – Elşad Miri


“Xarici qüvvələr maraqlıdır ki, Azərbaycanda bu cür söhbətlər salınsın. Yavaş-yavaş xalqı övliyalardan soyutsunlar. Dinə məhəbbəti azaltsınlar. Sərt, ehkamçı bir din düzəltsinlər. Yaxın Şərqdə açdıqları oyunları bu ölkələrdə də etsinlər. Orda da bu cür söhbətlərdən başladılar və müqəddəs yerləri partlatmağa qədər getdilər. Bir dində ki, övliya yoxdursa, orda sərt ehkamçılıq var”.

Din xadimi daha sonra bildirib ki, Əvvəla Mirmövsam Ağanın, övliyaların məzarı tibb müəssisəsi deyil. Camaat da ora şəfa üçün getmir:

“Camaat gedir orada Allaha ibadət etməyə. Sən denən camaat niyə gedir orada ibadət edirlər? Mən də deyirəm ki, Allah niyə deyir ki, İbrahim məqamının arxasında namaz qılın. Neçə dəfə bunu demişəm, Həccdə olanlar görüb. İbrahim məqamını Məkkədən çıxarıb başqa yerə qoysan, adına nə deyəcəksən?! Pirdir də. Ziyarətgahdır.

Allah deyir ki, namazınızı pirdə qılın. Nəyə görə. Ona görə ki, övliyanın məzarı üzərində dayanma təvazö xüsusiyyətidir. Göstərir ki, mən özümdən üstün kimisə qəbul edirəm. Canınız buna görə çıxır ki, qəbul etmək istəmirsiniz. Davanız buna görədir”.
Hacı Şahin onu da əlavə edib ki, bilmədiyi şeylərdən danışan və bilərəkdən bunu yanlış istiqamətə yönəldən insanlar günaha girirlər:

“Axı, indi kim 21-ci əsrdə gedib Mirmövsüm Ağaya ibadət edir? Sən bilirsən axı, ona ibadət etmirlər. Allah deyir ki, get mənim dostumun qəbri üstünə. Yəni etiraf elə ki, bu məndən üstündür. Nolar, bunu desən canın çıxmaz ki?! Bu sənə ancaq başucalığı gətirər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO