Vətən Müharibəsinin 20 yanvarda doğulmuş şəhidləri - FOTO

Vətən Müharibəsinin 20 yanvarda doğulmuş şəhidləri - FOTO

Hazırda oxunan: Vətən Müharibəsinin 20 yanvarda doğulmuş şəhidləri - FOTO

9088

Keçmiş Sovet Ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi insanlığa sığmayan ən ağır cinayətdən 31 il ötür. 31 il əvvəl bu gün azadlıq uğrunda qorxmadan tanklar üstünə yürüyən, canlarını fəda edən igidlərimizin ruhu illər idi ki, dinclik tapmırdı.

Amma onlar inanırdılar və gözləyirdilər.. Bilirdilər ki, onların davamçıları bir gün bu ədalətsizliyə, qansızlığa susmayacaqdır.

Nəhayət 30 il sonra 2020-ci il İkinci Qarabağ Müharibəsi şəhidlərimizin ruhuna şad, xalqımızın yaralı qəlbinə isə məlhəm oldu. Təəssüf ki, heç bir vətən müharibəsi itkisiz ötüşmür. Bu gün, 20 YANVAR tarixində, Vətən Müharibəsində canını vətənə qurban deyən şəhidlərimizdən 8-nin doğum günüdür. Onlardan 6-sı bu qanlı tarixin şahidi olmasa da qanlı yaddaşımızı unutmayıb, vətənin keşiyində dayanmağı, şəhidlərin qanını yerdə qoymamağı özlərinə and verənlərdir.

Artıq hər birinin ruhu şaddır. 1990-cı ildə torpağa basdırılan igidlik toxumları, bu gün verdiyi bəhrəsinin qalibliyini yaşayır...Doğum gününüz mübarək, ruhunuz hər zaman şad olsun. Siz hər zaman qəlbimizdə yaşayacaqsınız!

Bütün şəhidlərimizin ruhuna ithafən...

Əsgər Bağırov Süleyman Kamil oğlu-1995

Baş leytenant Hacıyev İsmət Şölət oğlu-1993

Əsgər Hüseyinov Eşqin Cəsarət oğlu-1998

Çavuş Məmmədov Fikrət Sulduz oğlu-1982

Əsgər Orucov Səbuhi Vahid oğlu-1993

Mayor Şükürov Anar Mehman oğlu-1977

Əsgər Surxayev Yunis Rafiq oğlu-2002

Əsgər Babazadə Yolçu Bəhruz oğlu-2002

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO