"Qarabağ"ın Avropa Liqasındakı rəqibi ilk qələbəsini qazandı

Hazırda oxunan: "Qarabağ"ın Avropa Liqasındakı rəqibi ilk qələbəsini qazandı

90833

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant" komandası Fransa Liqa 1-də IV turun oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, rəqib "Tuluza" klubu olub.

"Bojuar" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Hesabı 15-ci dəqiqədə Zakariya Abuhlyal açsa da, Evann Gessand 50-ci, Mustafa Məhəmməd 55-ci və Moyzes Simon 61-ci dəqiqədə fərqlənərək, "Nant"ın çempionatda ilk qalibiyyətini təmin edib.

Bununla da Antuan Kambuarenin baş məşqçi olduğu kollektiv xalını 5-ə yüksəldib və 10-cu pillədə qərarlaşıb. Eyni xala malik "Tuluza" isə 9-cudur.

Qeyd edək ki, "Qarabağ" "Nant"la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO