Yunanıstan TƏKZİB ETDİ: “Türkiyənin F-16 təyyarələrinə raket atmamışıq”

Yunanıstan TƏKZİB ETDİ: “Türkiyənin F-16 təyyarələrinə raket atmamışıq”

Hazırda oxunan: Yunanıstan TƏKZİB ETDİ: “Türkiyənin F-16 təyyarələrinə raket atmamışıq”

90814

Yunanıstan Müdafiə Nazirliyi Türkiyənin F-16 qırıcılarına qarşı S-300 sistemindən raket atılması ilə bağlı bəyanatını təkzib edib.

Bizim.Media xəbər verir ki, bu barədə Yunanıstanın Newsbomb.gr xəbər portalı məlumat yayıb.

MÖVZU İLƏ BAĞLI:

Yunanıstan Türkiyə təyyarəsinə raket zərbəsi endirib


“Yunanıstan Müdafiə Nazirliyindəki mənbələr Krit adasında yerləşdirilən Yunanıstanın S-300 hava hücumundan müdafiə sisteminin Türkiyənin F-16-larını “ələ keçirdiyi” və onlara raket atılması iddiası ilə bağlı Türkiyədən sızan xəbərləri qəti şəkildə təkzib edib”, - bəyanatda deyilir.

Qeyd olunur ki, Yunanıstan hərbi idarəsi Türkiyə Müdafiə Nazirliyinin mesajlarını “mif” adlandırıb və bunu Ankaranın Afinaya qarşı qarşıdurma əhval-ruhiyyəsi yaratmaq üçün uğursuz cəhd hesab edib.

Daha əvvəl bildirilmişdi ki, Ankara Afinanı Türkiyə təyyarələrinə S-300 sistemindən raket atmaqda ittiham edib.

Qeyd olunur ki, Egey dənizi və Şərqi Aralıq dənizində Rodos adasının 10 min fut qərbində kəşfiyyat aparan zaman Türkiyənin F-16 təyyarələrinə Yunanıstan tərəfindən yer-hava raketi atılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO