Bu yaxınlarda Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanı Qazaxıstan və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Qazaxıstan prezidentinin saytında yer alıb.
“Böyük məmnunluq hissi ilə qeyd edirəm ki, son üç onillikdə dövlətlərimiz möhkəm dostluq, etimad və qarşılıqlı dəstək münasibətləri qurmağa nail olub. Bunu iki ölkə arasında fəal siyasi dialoq, çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq, eləcə də ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə tərəfdaşlığın sistemli inkişafı sübut edir. Əminəm ki, bizim birgə işimiz ikitərəfli əməkdaşlığın bütün spektri üzrə çoxşaxəli Qazaxıstan-Ermənistan münasibətlərinin daha da dərinləşməsinə töhfə verəcək. Sizə məsul dövlət fəaliyyətinizdə böyük uğurlar, Ermənistan xalqına isə firavanlıq arzulayıram”, - deyə Qazaxıstan Prezidenti təbrikində qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:47 / 28.08.2022
Bakıdan yenicə qayıdan Tokayev Paşinyanı təbrik etdi
Hazırda oxunan: Bakıdan yenicə qayıdan Tokayev Paşinyanı təbrik etdi
Hazırda oxunan: Bakıdan yenicə qayıdan Tokayev Paşinyanı təbrik etdi
90805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.