Azərbaycanda 57 yaşlı qadın 15 il sonsuzluq sonrası ana olub.
Bizim.Media xəbər verir ki, doğuş TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) baş tutub.
Bundan öncəki hamiləliyinin 21-ci həftəsində körpəsini itirən qadın ikinci hamiləliyinin 37-ci həftəsində ETMGİ-nin elmi katibi, həkim mama-ginekoloq Aynurə İsmayılovaya müraciət edib.
Yüksək riskli hamiləlik, hamiləliyin hipertenziyası, uşaqlığın mioması kimi problemlərə baxmayaraq hamiləliyin 38-ci həftəsində A.İsmayılova tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı icra edilib.
Cərrahi doğuş zamanı dölün ayaq gəlişində olması, ciftin sıx yapışması səbəbindən çətinliklə ayrılmasına baxmayaraq əməliyyat uğurla sonlanıb və cinsi kişi olan sağlam körpə dünyaya gəlib.
Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, ultrasəs müayinəsi zamanı uşaqlıqda heç bir problem aşkar edilməyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:40 / 27.08.2022
Bakıda 57 yaşlı qadın 15 il sonra ANA OLDU - FOTO
Hazırda oxunan: Bakıda 57 yaşlı qadın 15 il sonra ANA OLDU - FOTO
Hazırda oxunan: Bakıda 57 yaşlı qadın 15 il sonra ANA OLDU - FOTO
90757
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.