Gəncə terroru fotolarının müəllifi danışdı: “Əlim qanlı-qanlı...” - FOTO

Gəncə terroru fotolarının müəllifi danışdı: “Əlim qanlı-qanlı...” - FOTO

Hazırda oxunan: Gəncə terroru fotolarının müəllifi danışdı: “Əlim qanlı-qanlı...” - FOTO

9071

“Vətən müharibəsində Gəncə Beynəlxalq Hospitalında çalışırdım. Birinci dəfə terror olan gün axşam saatları idi. Həmin raketlər bizim çalışdığımız xəstəxananın hər iki istiqamətinə düşdü, 15 dəqiqə içində yaralıları gətirdilər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Gəncə terrorunun qurbanlarının fotolarını çəkən Azərbaycan Tibb Universitetinin “Ağız və üz-çənə cərrahiyyəsi kafedrası”nın asissenti Oktay Mehdiyev dedi.

“Qeyri-ixtiyari olaraq  birinci o uşaqları çəkdim. Bəzisi mediada yayıldı. Bəzilərini isə sizə göndərirəm. Əlim qanlı-qanlı o fotoların çəkmişəm. O an adam özündə olmur. Bilsəydim, video da çəkərdim. Erməni terrorunu dünyaya hər fürsətdə göstərmək mütləq lazımdır”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO