Şabrandakı yanğında 15 nəfərə ziyan dəyib - FOTO 

Şabrandakı yanğında 15 nəfərə ziyan dəyib - FOTO 

Hazırda oxunan: Şabrandakı yanğında 15 nəfərə ziyan dəyib - FOTO 

90662

Şabranda baş verən son yanğında 15 vətəndaşa ziyan dəyib.  

Bizim.Media-ya bu barədə Şabran İH başçısının müavini İlkin Ağayev açıqlama verib.  

İ.Ağayev bildirib ki, yanğınlarda Zöhrəmli və Dağbilici kəndlərində vətəndaşların fərdi təsərrüfatına xeyli ziyan dəyib. Dağbilici kəndində evlərdən 1-i ev tamamilə, 4-ü qismən yanıb. Zöhrəmli kəndində isə 10 evin həyətyanı sahəsində tövləsi ,yardımçı tikilisi zərər görüb. 

Sakinlərdən birinin hətta kombaynı da yanıb. Bütün bunlarla bağlı rayon Fövqəladə Hallar Komissiyası araşdırma aparıb.

Toplanan bütün materiallarla bağlı əhaliyə köməklik göstərilməsi üçün qarşıdakı həftənin ilk günü Baş nazir Əli Əsədova və FH naziri Kəmaləddin Heydərova rəsmi müraciət ediləcək. Onlara hansı səviyyədə konpensasiya verilməsi hökumətin qərarından asılı olacaq.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO