Tarif Şurasının radiotezliklərlə bağlı səlahiyyəti ləğv edilib

Tarif Şurasının radiotezliklərlə bağlı səlahiyyəti ləğv edilib

Hazırda oxunan: Tarif Şurasının radiotezliklərlə bağlı səlahiyyəti ləğv edilib

90578

Prezident İlham Əliyev “Telekommunikasiya haqqında” qanunun tətbiq edilməsi barədə” 9 avqust 2005-ci il tarixli fərmanında dəyişiklik edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. 

Fərmana əsasən, radiotezliklərlə bağlı qərar vermək səlahiyyəti Tarif (Qiymət) Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.

Bu qərarlar İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmalıdır. 

Telekommunikasiya xidmətləri ilə bağlı qərarları isə Tarif Şurası qəbul edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO