ƏMƏLİYYAT KEÇİRİLDİ: Axtarışda olan 40 nəfər saxlanıldı

ƏMƏLİYYAT KEÇİRİLDİ: Axtarışda olan 40 nəfər saxlanıldı

Hazırda oxunan: ƏMƏLİYYAT KEÇİRİLDİ: Axtarışda olan 40 nəfər saxlanıldı

90509

Avqustun 25-də ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO