Azərbaycan bayrağı BU SAATLARDA Laçında, Zabuxda dalğalandırılacaq - Ekspert vaxtı AÇIQLADI

Azərbaycan bayrağı BU SAATLARDA Laçında, Zabuxda dalğalandırılacaq - Ekspert vaxtı AÇIQLADI

Hazırda oxunan: Azərbaycan bayrağı BU SAATLARDA Laçında, Zabuxda dalğalandırılacaq - Ekspert vaxtı AÇIQLADI

90422

Bu gün Laçın şəhəri, Laçın dəhlizi, Sus və Zabux kəndlərinin boşaldılması üçün Azərbaycanın Ermənistana verdiyi vaxt başa çatır. Bu dəqiqələrdə bütün Azərbaycan Müdafiə Nazirliyindən xalqımıza veriləcək şad xəbərləri gözləməkdədir.

Hərbi ekspert Ədalət Verdiyevin Bizim.Media-ya verdiyi açıqlamaya görə böyük ehtimalla sabah erkən saatlardan Azərbaycan ordusu, o cümlədən minatəmizləmə həyata keçirən ANAMA və güc strukturlarımızın zəruri bölmələri Laçın şəhərinə daxil olcaqlar. 

“Böyük ehtimalla 1 həftə ərzində Laçın üzərində Azərbaycan bayrağı dalğalanacaq. Bölmələrimiz əmri icra etmək üçün hazır vəziyyətdədir”.

Ekspert açıqlaması zamanı qeyd edib ki, sözügedən ərazilərdə hazırda ermənilər qalmayıb. Dünənki gün ərzində həmin ərazilərimizdə tək-tək ermənilər müşahidə olunsa da, hazırda ərazilərdə heç bir erməni yoxdur.

O, açıqlamasında həmçinin bizi azad olunmuş ərazilərdə gözləyən təhlükədən də danışıb:

“Bizi ərazilərdə gözləyən yeganə real təhlükə mina təhlükəsidir. Tək “Sarıbaba” yüksəkliyi ətrafında minə yaxın minanın aşkarlanması ondan xəbər verir ki, Laçın ərazisindəki minaların sayı heç də digər ərazilərdəkindən az olmayacaq. Odur ki, ora daxil olan mülki və hərbi şəxslər maksimum diqqətli olmalıdırlar.
Daha əvvəlki ərazilərdə ermənilərin mina sürprizləri ilə bağlı kifayət qədər təcrübəmiz var. Buna əsasən deyə bilərəm ki, Azərbaycan bu kimi halların qarşısını almaq üçün ərazilərə girməmişdən öncə fərqli metodlardan istifadə edəcək. Qurumlarımız əraziləri Rusiya Sülhməramlılarından aktlaşdırılmış şəkildə qəbul etməlidirlər. Həmçinin ərazilərdə mövcud ola biləcək minalarla bağlı xəritələri də, onlardan tələb etməlidirlər”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO