Ermənilər Zabuxdan belə köçüb – FOTOLAR

Ermənilər Zabuxdan belə köçüb – FOTOLAR

Hazırda oxunan: Ermənilər Zabuxdan belə köçüb – FOTOLAR

90393

Ermənistanın “armenpress.am” saytı Laçın rayonunun Zabux kəndindən köçməsi ilə bağlı fotoreportaj hazırlayıb.

Bizim.Media xəbər verir ki, Tatev Duryan tərəfindən hazırlanan fotolarda ermənilər ev əşyalarını maşınlara yığırlar. 

Xatırladaq ki, Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan ermənilər ərazini tərk edərək Ermənistana, az qismi isə Xankəndi şəhərinə köçüb.

Azərbaycanın inşasını yekunlaşdırdığı Laçın dəhlizinə alternativ avtomobil yolu ilə hərəkət isə yaxın bir həftədə mümkün olacaq. 

Qeyd edək ki, cəmi 10 ay ərzində Laçın şəhərinə daxil olmadan 22 kilometri Azərbaycan ərazisindən keçməklə alternativ yol çəkilib. Ermənistan tərəfi üzərinə düşən 10 kilometri hələ də başa çatdırmadığı üçün Qarabağda yaşayan erməni icmasının xahişi ilə Azərbaycan tərəfi yeni yola birləşən 4,8 kilometr uzunluğunda birləşdirici yolun tikintisini həyata keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO