Bakıda xeyli sayda hərbi sursat tapıldı - VİDEO 

Bakıda xeyli sayda hərbi sursat tapıldı - VİDEO 

Hazırda oxunan: Bakıda xeyli sayda hərbi sursat tapıldı - VİDEO 

90366

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 2 ədəd partladıcısız F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 67 ədəd 5.45x39mm və 450 ədəd 5.6x15.6mm-lik kiçik çaplı silah mərmisi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO