Lisey və gimnaziyaların boş yerləri üçün NƏTİCƏLƏR AÇIQLANACAQ

Lisey və gimnaziyaların boş yerləri üçün NƏTİCƏLƏR AÇIQLANACAQ

Hazırda oxunan: Lisey və gimnaziyaların boş yerləri üçün NƏTİCƏLƏR AÇIQLANACAQ

90192

Mərkəzləşdirilmiş qaydada qəbulu həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün lisey seçiminin nəticələri bugün 13:00-dan etibarən mərhələli şəkildə elan olunacaq.

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutundan xəbər verilib.

Bildirilib ki, lisey seçimi mərhələsində uğur qazanan şagirdlərin sorğusu avtomatik yaradılacaq.

Bu mərhələdə uğur qazanmış şagirdlərin şəxsi işləri şagirdin ötən tədris ilində təhsil aldığı məktəbdən (elektron ərizə şagirdin ötən tədris ilində təhsil aldığı məktəb tərəfindən çap edilir) təhvil alınaraq, yeni qəbul olunduğu liseyə təqdim edilməlidir.

Qeyd edək ki, bu proses 24-29 avqust tarixlərində həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO