“UNO-ları axtarmaq üçün “tam güc” rejiminə keçirik” – NASA AÇIQLADI 

“UNO-ları axtarmaq üçün “tam güc” rejiminə keçirik” – NASA AÇIQLADI 

Hazırda oxunan: “UNO-ları axtarmaq üçün “tam güc” rejiminə keçirik” – NASA AÇIQLADI 

90139

“Uçan Naməlum Obyektləri (UNO) araşdırmaq üçün “tam güc” rejiminə keçirik”.

Bizim.Media "space.com"a istinadən xəbər verir ki, bu barədə NASA Elm Missiyası Direktorluğunun Tədqiqatlar üzrə direktor köməkçisi Daniel Evans baş tutan iclasda bildirib.

"Bu, bizim üçün həqiqətən vacibdir və və yüksək prioritet təşkil edir. Tədqiqatda dünyanın bəzi aparıcı alimləri, məlumat praktikantları, süni intellekt üzrə praktikantlar, aerokosmik təhlükəsizlik mütəxəssisləri olacaqlar” – deyə Evans qeyd edib.

15-17 nəfərlik tədqiqat heyətinə 100.000 dollara qədər büdcə ayrılacaq və tədqiqat tamamilə açıq olacaq, yəni məxfi hərbi məlumatları ehtiva etməyəcək.

Təxminən 9 ay davam edəcək tədqiqata Nyu Yorkdakı Simons Fondunun prezidenti, astrofizik David Spergel rəhbərlik edəcək.

Qeyd edək ki, Agentlik iyun ayında Uçan Naməlum Obyektlər (UFO - Unidentified Flying Objects) ifadəsini rebrendinq edərək UAP (Unidentified Aerial Phenomena) kimi dəyişdirib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO