Lənkəran icra başçısının sabiq müavininin cinayət işi hakim icraatına verildi 

Lənkəran icra başçısının sabiq müavininin cinayət işi hakim icraatına verildi 

Hazırda oxunan: Lənkəran icra başçısının sabiq müavininin cinayət işi hakim icraatına verildi 

90126

Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızının cinayət işi hakim icraatına verilib.  

Bizim.Media-nın məlumatına görə, cinayət işi araşdırılması üçün Lənkəran rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun icraatına verilib.  

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəran icra başçısı müavininin məktəblini döydüyü təsdiqləndi - Cinayət işi açıldı 


Qeyd edək ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızının tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi başlanıb. 

İstintaqla müəyyən olunub ki, R.Arifqızı 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib. 

O, həmçinin vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yeniyetmənin mobil telefonunu əlindən alıb. 

R.Arifqızı şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub, həmçinin ona bədən xəsarətləri yetirib. 

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO