Yanğınların çarəsi YAĞIŞ - Yaxın günlərdə yağıntılı hava gözlənilirmi? – RƏSMİ

Yanğınların çarəsi YAĞIŞ - Yaxın günlərdə yağıntılı hava gözlənilirmi? – RƏSMİ

Hazırda oxunan: Yanğınların çarəsi YAĞIŞ - Yaxın günlərdə yağıntılı hava gözlənilirmi? – RƏSMİ

90073

Ölkə ərazisinİN meşə massivlərində baş verən yanğın hadisələri fonunda, hazırda olduğumuz yay fəslini nəzərə alsaq, vəziyyətin daha da çətinləşdiyini görə bilirik. Nəticədə havanın isti və küləkli keçməsi yanğının daha alovlanması və geniş ərazini əhatə etməsinə səbəb olur. 

Buna görə də yaxın günlərdə yağıntılı hava şəraitinin müşahidə edilməsi yanğın hadisələrinin qarşısının alınmasında yardımçı ola bilər.

Lakin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Bizim.Media-ya açıqlamasında yağıntılı hava şəraitinin olmayacağını bildirib:

“Yaxın günlərdə Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək, havanın maksimal temperaturu 32-35  dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi bəzi rayonlarda arabir güclənəcək.
Havanın maksimal temperaturu Aran rayonlarında 34-38 dağlıq ərazilərdə isə 25 dərəcə isti olacaq. Yaxın günlərdə ölkə ərazisində hava şəraiti sabit və yağmursuz keçəcək”, - deyə bildirən G.Məmmədova analoji hava şəraitinin hələ uzun müddət davam edəcəyini qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO