Bakıda ən çox qəza baş verən PROSPEKT   

Bakıda ən çox qəza baş verən PROSPEKT   

Hazırda oxunan: Bakıda ən çox qəza baş verən PROSPEKT   

90043

Bakıda ən çox yol-nəqliyyat hadisələrinin baş verdiyi prospekt açıqlanıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilir ki, ağır yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları ilk sıralardadır.

İnsan həyatının təhlükəsizliyi baxımından önəmli olan qəzalar həmçinin sıxlıq və tıxacların yaranmasına səbəb olur. Şəhərdə ən çox istifadə edilən yollardan biri Ziya Bünyadov prospektidir. Gün ərzində təxminən 200 000-ə yaxın nəqliyyat vasitəsi bu yoldan istifadə edir.
Aparılan müşahidələrə əsasən, hər həftə Ziya Bünyadov prospektində orta hesabla 20-25 yol-nəqliyyat hadisəsi baş verir.

Bu isə yolun həddən artıq yüklənməsinə, sıxlıq və ya tıxacın yaranmasına və hərəkət iştirakçılarının zamanında mənzil başına çatmamasına gətirib çıxarır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlardan bir daha xahiş edir ki, həm öz həyat və sağlamlıqlarını qorumaq üçün, həm də yollarda fasiləsiz və rahat hərəkətin təmin olunması üçün yol hərəkəti qaydalarına ciddi əməl etsinlər və digər hərəkət iştirakçılarına qarşı nəzakətli davransınlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO