Darya Duqina ölümündən sonra orden aldı – Putindən FƏRMAN

Darya Duqina ölümündən sonra orden aldı – Putindən FƏRMAN

Hazırda oxunan: Darya Duqina ölümündən sonra orden aldı – Putindən FƏRMAN

89993

Şənbə günü Moskvanın kənarında bomba yüklü avtomobilin partlaması nəticəsində həlak olan jurnalist Darya Duqinanın “peşəkar borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və fədakarlığa görə” “İgidliyə görə” ordeni ilə təltif edilib.

Bizim.Media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.

29 yaşlı Duqina rus ultramillətçiliyinin ideoloqu hesab edilən rus filosofu Aleksandr Duqinin qızı idi. O, liberalizm və kapitalizm kimi Amerika dəyərlərinə qarşı çıxan Beynəlxalq Avrasiya Hərəkatına rəhbərlik edir.
Duqin 2014-cü ildə "Foreign Policy" jurnalının "Müasir Dünyanın 100 Qlobal Mütəfəkkiri" siyahısına daxil edilib.

O, həmçinin Putinin siyasətinə açıq dəstək verdiyi üçün ABŞ və Aİ-nin sanksiya siyahısındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO