Rusiya Prezidenti Vladimir Putin bu il də ənənəvi dini mərasimlə əlaqədar buzlu suya girib.
Bizim.Media Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Çoxları məndən Putinin Epifani mərasimində iştirak edib-etmədiyini soruşur. Ənənəvi olaraq o, bunu edir. Bu, onun ənənəsidir. Ənənələri dəyişdirmir”,-deyə Peskov vurğulayıb.
Qeyd edək ki, provaslavlar İsa peyğəmbərin doğum günü və xaç suyuna salınma mərasimi münasibətilə hər il Epifani mərasimi keçirir.
Bizim.Media