“Biz hər il Türk dünyasının mədəni paytaxtını elan edirik. 2022-ci ildə Şuşanın belə paytaxt elan olunmasını və mədəni xarakterli çoxlu tədbirlər keçirilməsini təklif edirik”.
Bizim.Media-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: "Ağdam məscidini Heydər Əliyev Fondu bərpa edəcək"
Bağdad Amreyev deyib ki, bu tədbirlər Şuşanın bütün türk və İslam dünyası üçün böyük mədəni əhəmiyyətini vurğulayır:
“Dünən biz bu məsələni xarici işlər naziri cənab Bayramovla da müzakirə etdik. Siz icazə versəniz, biz bu işə başlayarıq, 2022-ci ildə Şuşada 20-yə yaxın mədəni tədbir keçirərik. Əminik ki, o vaxta qədər Şuşa bərpa olunacaq, öz əvvəlki simasını alacaq. Biz həmişə Sizin yanınızda olmuşuq və həmişə Sizin yanınızda olacağıq”
Bizim.Media