Azərbaycanda qadın narkotacir hakim qarşısına çıxarılır - FOTO 

Azərbaycanda qadın narkotacir hakim qarşısına çıxarılır - FOTO 

Hazırda oxunan: Azərbaycanda qadın narkotacir hakim qarşısına çıxarılır - FOTO 

89852

Külli miqdarda narkotik vasitələrin və psixotrop maddәlәrin qanunsuz dövriyyәsində ittiham olunan Şəlalə İsmayılova barəsində ibtidai istintaq başa çatıb.  

Bizim.Media xəbər verir ki, toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  

Cinayət işi hakim Nural Əliyevin sədrliyi ilə araşdırılacaq. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.

Xatırladaq ki, Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şəlalə İsmayılova saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin aşkar edilib.

Şəlalə İsmayılovanın barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmək) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO