Vüqar ÜSYAN ETDİ: “17 ildir nəfəs ala bilmirəm”

Vüqar ÜSYAN ETDİ: “17 ildir nəfəs ala bilmirəm”

Hazırda oxunan: Vüqar ÜSYAN ETDİ: “17 ildir nəfəs ala bilmirəm”

89845

“Analarınızı çox sevin, amma onlara bağlanmayın. Onlara qarşı bir az soyuqqanlı olun. Çox pis və ağırdır anaya bağlanmaq. 17 ildir o əziyyəti yaşayıram. Nə qədər bağırsam da, qışqırsam da səsimə səs vermir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov sosial şəbəkə hesabında yazıb. 

Anası Südabə Muradovanın məzarını ziyarət edən sənətçi, onunla bağlı xatirələrini izləyiciləri ilə bölüşüb.

“Son beşiyim, evim eşiyim” deyənim idi, anam. Onun kimi mənə sarılan, qucaqlayan, oxşayan yox idi, olmayacaq da. 17 il öncə bu günü anam mənim qolumu, qanadımı sındırdı, məni özüylə birlikdə apardı, yaşayan ölü etdi məni, məzarının üstündə 1 saat bağırdım, qışqırdım səsimə səs vermədi. Anam nəfəsim idi. 17 ildir nəfəs ala bilmirəm”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO