Sevastopola atılan raketin kadrları yayıldı - VİDEO

Sevastopola atılan raketin kadrları yayıldı - VİDEO

Hazırda oxunan: Sevastopola atılan raketin kadrları yayıldı - VİDEO

89817

Xəbər verdiyimiz kimi, avqustun 20-də Rusiyanın Qara Dəniz Donanmasının işğal altında olan Sevastopoldakı qərargahına zərbə endirilib.

Bizim.Media “glavred.info” saytına istinadən xəbər verir ki, dron kamikadze tərəfindən atılan həmin atəşin kadrları yayılıb.

FreeDOM telemarafonunun efirində ukraynalı hərbi ekspert Oleq Jdanov mövzuya münasibət bildirib. Onun sözlərinə görə, təcavüzkar ölkə (Rusiya) öz səhvlərini gizlətmək üçün iddia edir ki, guya bu pilotsuz təyyarə vurulub: “Əslində, vurulmayıb”.
Jdanov xatırladıb ki, Ukrayna hazırda Krımda baş verən zərbələrə qarışmamaq mövqeyindən çıxış edir:

“Ancaq açıq-aydın kimsə işğalçılara başa salmağa çalışır ki, onların Krımda vaxtı bitib, getməlidirlər”.

Ekspert əlavə edib ki, işğal edilmiş yarımadada belə partlayışlar tez-tez olacaq, çünki işğalçılar rahat yaşamamalıdır:

"Dünən Kerçdə hava hücumundan müdafiə sistemlərinin atəşə tutulması, Qara dəniz donanmasının qərargahına belə zərbələrin endirilməsi həmişə olacaq. Belbek Krımdakı ən böyük aviabazadır. Saki, Cankoy də aviabaza hesab edilir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO