Türkiyə İrana uçuşları dayandırdı

Türkiyə İrana uçuşları dayandırdı

Hazırda oxunan: Türkiyə İrana uçuşları dayandırdı

89816

Türkiyənin Nəqliyyat Nazirliyi koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlərə uyğun olaraq, Türkiyədən İran və Əfqanıstana uçuşların dayandırıldığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Azad İran teleqram kanalında məlumat yayılıb.

“Turkish Press” saytının Nəqliyyat və İnfrastruktur Nazirliyinin açıqlamasına əsaslanaraq verdiyi məlumata görə, Türkiyə bazar günü koronavirusun yayılması səbəbindən İran və Əfqanıstana hava yolları şirkətlərinin uçuşlarını dayandırıb.

Bununla yanaşı, İranda koronavirusa yoluxma halları artıb və ölkənin səhiyyə rəsmiləri yoluxmanın 7-ci dalğasının başlanğıcında olduqlarını bildiriblər.

Tehranın "İmam Xomeyni" hava limanı isə yaydığı məlumatda hava yolları nəqliyyatının dayandırıldığını təkzib edib.

Qurumdan yayılan açıqlamada sözügedən xəbərin daha öncəyə aid olduğu və səhvən yenidən yayıldığı iddia olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO