Paytaxtda üç qız yoxa çıxdı

Paytaxtda üç qız yoxa çıxdı

Hazırda oxunan: Paytaxtda üç qız yoxa çıxdı

89755

Bakıda üç qız itkin düşüb. 

Bizim.Media xəbər verir ki, hadisələrdən biri Sabunçu rayonu ərazisində baş verib.

Lent.az-ın məlumatına görə, rayon sakini Əliyeva Aydan Elçin qızı avqustun 5-də evdən çıxaraq, naməlum istiqamətdə gedib. Bu barədə onun anası Y.Mirvilişova rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib. 

Digər hadisələr Nizami rayonunda olub. 

14 yaşlı rayon sakini Allahverdiyeva Şəlalə Niyazi qızı evdən gedərək qayıtmayıb. Bu barədə onun anası M.Həsənova rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinə müraciətində bildirib. 
Bundan əlavə, Nizami rayon sakini Darılmaz Kezban Mətin qızı avqustun 16-da rəfiqəsinin evinə getmək adı ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb. Hadisə barədə onun anası İ.Darılmaz 24-cü Polis Şöbəsinə bildirib.

Faktlarla bağlı adları çəkilən şöbə və bölmələrdə araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO