ABŞ Ermənistana müşavir göndərir - Korrupsiyaya qarşı mübarizə aparacaq

ABŞ Ermənistana müşavir göndərir - Korrupsiyaya qarşı mübarizə aparacaq

Hazırda oxunan: ABŞ Ermənistana müşavir göndərir - Korrupsiyaya qarşı mübarizə aparacaq

89735

ABŞ Dövlət Departamenti Ermənistanda korrupsiya ilə mübarizə üzrə baş məsləhətçi vəzifəsinə mütəxəssis axtarışı elan edib.

Bizim.Media Rusiyanın RT nəşrinə istinadən xəbər verir ki, o, iş vaxtının çox hissəsini İrəvandakı Amerika səfirliyində keçirəcək.

“Departamentin Qanunsuz Narkotiklərlə Mübarizə Bürosunun əsas məqsədi korrupsiya ilə fəal mübarizə aparan Ermənistan dövlətinə dəstək olmaqdır”, mətndə deyilir.

Müşavir, həmçinin Ermənistan Ədliyyə Nazirliyi, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi və digər idarələrdən olan həmkarları ilə sıx əməkdaşlıq edəcək və onlarla konstruktiv əlaqələr quracaq.

Bundan əlavə, mütəxəssis antikorrupsiya konfranslarında və seminarlarda iştirak edəcək, öz işini Amerika tərəfi ilə əlaqələndirəcək, Vaşinqtona hesabat verəcək, bir sıra Ermənistan departamentlərinin nümayəndələrini təlimatlandıracaq.
Sənədə əsasən, baş məsləhətçi ildə 91,5 min dollardan 134,3 min dollara qədər maaş alacaq. Onunla bir il müddətinə müqavilə bağlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO