Bakıda binanın mansard hissəsində yeni mənzillər tikilir - VİDEO

Bakıda binanın mansard hissəsində yeni mənzillər tikilir - VİDEO

Hazırda oxunan: Bakıda binanın mansard hissəsində yeni mənzillər tikilir - VİDEO

89714

Bir neçə ildir istifadədə olan onikimərtəbəli yaşayış binasının mansard hissəsində yeni mənzillər tikilir.

Bizim.Media xəbər verir ki, söhbət Xətai rayonu, Aşıq Ələsgər küçəsi 6 G ünvanında yerləşən binadan gedir.

Binada yaşayan sakinlər tikintinin qeyri-qanuni aparıldığını iddia edirlər. Onların sözlərinə görə, mansard hissədə tikinti işlərinin aparılması gələcəkdə bir sıra problemlərə səbəb ola bilər.

Sakinlər ehtimal edirlər ki, tikinti davam edərsə liftin ehtiyat hissələri də sıradan çıxa bilər.

Tikinti aparan şirkətin nümayəndəsi Telman Nuriyev sakinlərin iddiaları ilə razılaşmayıb. O iddia edib ki, tikintinin aparılmasına aidiyyəti qurum icazə verib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Xətai rayonu, Aşıq Ələsgər küçəsi 6 ünvanında sakinlərin müraciəti əsasında araşdırma aparılıb və müvafiq icazəverici sənədlər olmadan mansard mərtəbədə tikinti-quraşdırma işlərinin aparıldığı məlum olub. 

"Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"na uyğun olaraq cari il iyulun 14 -də nazirlik tərəfindən sözügedən binada tikinti işlərinin dayandırılması barədə Qərar qəbul edilib. Qəbul edilmiş Qərarın surəti icra edilməsi üçün sifarişçiyə, eyni zamanda, tikinti ərazisinə nəzarət etmək üçün aidiyyəti üzrə müvafiq orqanlara  göndərilib'',- deyə məlumatda qeyd edilib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO