Laçının Sus kəndindən 12 erməni ailəsi köçdü – Yalnız 1 nəfər qalıb

Laçının Sus kəndindən 12 erməni ailəsi köçdü – Yalnız 1 nəfər qalıb

Hazırda oxunan: Laçının Sus kəndindən 12 erməni ailəsi köçdü – Yalnız 1 nəfər qalıb

89688

“Azərbaycanın nəzarətinə keçəcək Laçın rayonunun Sus kəndini 12 ailə tərk edib. Yalnız bir nəfər qalıb. O da yaxın günlərdə kənddən çıxacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri kənddə qanunsuz şəkildə məskunlaşan Mxitar Nersisyan News.am-a müsahibəsində səsləndirib.

“Müharibədən sonra kənddə 12 ailə yaşayırdı, onlar əsasən Ermənistanın müxtəlif bölgələrinə köçmək arzusunu ifadə edirdilər, yalnız bir ailə Qarabağda qalmaq istəyirdi. Hazırda kənddə işıq, telefon əlaqəsi yoxdur, hər şey sökülüb”, deyə Nersisyan bildirib.

O, qeyd edib ki, sakinlər dəfn olunmuş qohumlarının qalıqlarını da özləri ilə aparıblar.

Nersisyan vurğulayıb ki, kənd sakinləri əvvəlcə evlərini yandırmaq qərarına gəliblər, lakin sonradan fikirlərini dəyişiblər.

Xatırladaq ki, Qarabağdakı qondarma rejimin “ərazi idarəetmə və infrastruktur naziri” Ayk Xanumyan Zabux, Sus və Laçın sakinlərinə avqustun 25-dək evlərini tərk etməli olduqlarını bildirmişdi. Artıq əhalinin əsas hissəsi ərazidən köçüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO