Türkiyədə yol qəzasında ölənlərin sayı 20-yə çatdı – Nazirdən AÇIQLAMA

Türkiyədə yol qəzasında ölənlərin sayı 20-yə çatdı – Nazirdən AÇIQLAMA

Hazırda oxunan: Türkiyədə yol qəzasında ölənlərin sayı 20-yə çatdı – Nazirdən AÇIQLAMA

89637

“Qəza nəticəsində ölənlərin sayı 20-yə yüksəlib. Ölənlərdən biri polis əməkdaşıdır. Yaralılardan 26-sının müalicəsi davam edir. Hadisə hərtərəfli araşdırılacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin Mardin vilayətində zəncirvarı avtomobil qəzasının baş verdiyi ərazini ziyarət edərkən bildirib.

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə dəhşətli yol qəzası: 16 NƏFƏR ÖLDÜ, 29 YARALI VAR - YENİLƏNİB/VİDEO


Hadisəyə səbəb olmaqda şübhəli bilinən iki sürücünün nəzarət altına alındığını qeyd edən nazir onların da qəza zamanı xəsarət aldığını və hazırda xəstəxanada olduğunu deyib.

Xatırladaq ki, hadisə avqustun 20-si axşam saatlarında Mardinin Derik rayonunda yerləşən yanacaqdoldurma stansiyasının yaxınlığında baş verib. Əyləcində nasazlıq yaranan qoşqulu yük maşını iki avtomobillə toqquşduqdan sonra aşıb.

Digər yük maşını isə hadisə zamanı xəsarət alanlara ilkin yardım göstərən tibb işçilərinə və vətəndaşlara çırpılıb.

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ hadisə ilə bağlı istintaqın başladığını deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO