Türkiyədə ağır yol QƏZASI: 15 nəfər həyatını itirdi - VİDEO

Türkiyədə ağır yol QƏZASI: 15 nəfər həyatını itirdi - VİDEO

Hazırda oxunan: Türkiyədə ağır yol QƏZASI: 15 nəfər həyatını itirdi - VİDEO

89571

Türkiyədə çox sayda insan ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, hadisə Qaziantep-Nizip yolunda qeydə alınıb.

İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb və aşıb.

Daha sonra hadisə yerinə gələn təcili tibbi yardım və yanğınsöndürən maşın ərazidə hərəkət edən avtobusla toqquşub.

Hadisə nəticəsində azı 15 nəfərin öldüyü, 22 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, dünyasını dəyişənlərdən ikisi jurnalistdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO