Elektronlaşdırılan müavinətlərlə bağlı YENİ MƏLUMAT

Elektronlaşdırılan müavinətlərlə bağlı YENİ MƏLUMAT

Hazırda oxunan: Elektronlaşdırılan müavinətlərlə bağlı YENİ MƏLUMAT

89569

2022-ci ilin yanvar-iyul ayları ərzində 170,9 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 17206-sı pensiya, 66706-sı müavinət, 87036-sı təqaüd təyinatı olub.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Xəbərə görə, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO