Çingiz Əhmədov oğlunu “ÖYDÜ”: “Fuad Poladov kimi bir aktyordur” - VİDEO 

Çingiz Əhmədov oğlunu “ÖYDÜ”: “Fuad Poladov kimi bir aktyordur” - VİDEO 

Hazırda oxunan: Çingiz Əhmədov oğlunu “ÖYDÜ”: “Fuad Poladov kimi bir aktyordur” - VİDEO 

89462

“Oğlum İbrahimin aktyor olacağını gözləmirdim. Amma indi o, aktyor kimi reytinq cədvəlində birincidir”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhməd qonaq olduğu “Nahara az qala” mətbəx şousunda deyib.  

Sənətkar aktyor oğlu İbrahim Çingizi mərhum Xalq artisti Fuad Poladova bənzətdiyini dilə gətirib.  

“İstedadlı insanları çox sevirəm. İbrahim çox istedadlı aktyordur. Onun xəbəri belə olmadan gedib tamaşalarına baxıram. Bir tamaşanı müxtəlif rakurslarda oynamağı bacarır. İbrahim Fuad Poladov kimi bir aktyordur.  

Onu hər yerə dəvət edirlər. Çox sayda təkliflər alır. Amma o, hər dəvət olunan yerə getmir. Hərdən fikirləşirəm ki, İbrahim getməməklə düz edir. Çünki bu gün efirdə nələrsə danışırsan, onu şişirdib “dağ başına” qoyurlar. Qabaqlar isə belə bir şey yox idi. Qarışqanı fil edirlər”.  
Qeyd edək ki, Ç.Əhmədovun oğlu İbrahim Çingiz Səməd Vurğun adına Rus Dram Teatrının aktyorudur.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO