“Şimal bölgəsində 4000 hektar sahə yanıb” – NAZİR  

“Şimal bölgəsində 4000 hektar sahə yanıb” – NAZİR  

Hazırda oxunan: “Şimal bölgəsində 4000 hektar sahə yanıb” – NAZİR  

89458

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov şimal rayonlarında baş verən yanğınla bağlı əməliyyat müşavirəsi keçirib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, müşavirədə Quba, Şabran, Xaçmaz, Siyəzən İH başçıları və nazirliyin aidiyyəti qurumlarının rəhbərləri iştirak ediblər. 

Nazir çıxışında şimal bölgəsində - Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarında 4000 hektar sahə yandığını deyərək,  rayon rəhbərlərinə yanğınla mübarizədə FHN əməkdaşları ilə birgə yaxşı işlədiklərini deyib. 

O, meşələrin bərpası və təmizlənməsi üçün hələ görüləcək işlərin çox oldugunu deyib. 

Siyəzən İH başçısı Novruz Novruzov nazirliyin yanğınsöndürənlərinin bölgədə çox çətin şəraitdə operativ işlədiklərini diqqətə çatdırıb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO