Bu xidmət ƏDV-dən azad edildi

Bu xidmət ƏDV-dən azad edildi

Hazırda oxunan: Bu xidmət ƏDV-dən azad edildi

89454

Azərbaycanda özəl baytarlıq xidmətlərinin sadələşdirilmiş vergiyə cəlb olunmasına dair qanuna dəyişiklik təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunda əksini tapıb. 

Dəyişikliklə özəl baytarlıq xidmətlərinin göstərilməsi ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 20 manat müəyyən edilib. 

Qeyd edək ki, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən ediləcək: 

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0; 

- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5; 

- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0; 

- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO