Ukrayna Prezidenti Volodimir Zelenski Lvovda üçtərəfli sammitdə Ukrayna dilində danışarkən tərcüməçinin cümlələrini qısaltmasına əsəbiləşib.
Bizim.Media “sondakina.com”a istinadən xəbər verir ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə üçtərəfli sammitdən sonra keçirilən mətbuat konfransında tərcüməçi onun sözlərini ingilis dilinə düzgün tərcümə etməyib. Bu zaman Zelenski cümlələrini ingilis dilinə özü çevirib.
Xalq arasında Ukrayna dilində danışmağa üstünlük verdiyi bildirilən Zelenski tərcüməçiyə üz tutaraq deyib:
“Mən imkanlar pəncərəsindən danışdım. Dedim ki, həll oluna bilməz, çünki... Rusiya tərəfindən hər gün atəş altındayıq. Mən həm də: “Yaşasın, Ukrayna!” - dedim.
Bu zaman tərcüməçi tez: “Yaşasın, Ukrayna!” - deyib. Açıq-aşkar qəzəbləndiyi görünən Zelenski "Çox sağ olun. Bu vacibdir" deyə cavab verib.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
16:57 / 19.08.2022
Zelenski tərcüməçiyə qəzəbləndi - Fikirlərini özü tərcümə etdi - VİDEO
Hazırda oxunan: Zelenski tərcüməçiyə qəzəbləndi - Fikirlərini özü tərcümə etdi - VİDEO
Hazırda oxunan: Zelenski tərcüməçiyə qəzəbləndi - Fikirlərini özü tərcümə etdi - VİDEO
89449
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.