Dünya pop səhnəsinin əfsanəsi Madonna “Paper” dərgisi üçün açıq-saçıq fotosessiya və qalmaqallı müsahibə verib.
Bizim.Media xəbər verir ki, çəkdirdiyi ehtiras dolu fotolarda 64 yaşlı müğənni çəhrayı parikdə poz verib, model Endryu Darneli ehtirasla öpüb.
Bəzi fotolarda Madonna şəffaf boz köynəkdə və qara korsetdə görünüb. Müğənni obrazını çox sayda zinət əşyaları ilə tamamlayıb. Digər kadrlarda müğənni torlu “lasin” və hündür daban platforma ayaqqabılarda görünüb.
Qeyd edək ki, Madonna ifrat açıq-saçıq şəkillərinə və təxribatçı davranışlarına görə tez-tez tənqidlərlə üzləşir ki, bu da müğənninin pərəstişkarlarının fikrincə, onun yaşına uyğun deyil. Bəzi pərəstişkarları isə onu qınamırlar.
Məsələn, repçi “50 Cent” sosial şəbəkə hesabında onun şəkillərini lağa qoyub və onun yaşında artıq “sakitləşmə vaxtı” olduğunu söyləyib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:14 / 19.08.2022
Madonna ifrat açıq FOTOSESSİYASI ilə “AĞINI ÇIXARDI”
Hazırda oxunan: Madonna ifrat açıq FOTOSESSİYASI ilə “AĞINI ÇIXARDI”
Hazırda oxunan: Madonna ifrat açıq FOTOSESSİYASI ilə “AĞINI ÇIXARDI”
89419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.