Azərbaycanda kütləvi taxıl biçini yekunlaşır

Azərbaycanda kütləvi taxıl biçini yekunlaşır

Hazırda oxunan: Azərbaycanda kütləvi taxıl biçini yekunlaşır

89407

Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, 2022-ci il avqust ayının 16-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 955,2 min hektar sahənin 936,5 min hektarı və yaxud 98,0 faizi biçilərək məhsulu yığılmışdır.

Sahələrdən 2850,0 min ton məhsul toplanmış, məhsuldarlıq 30,4 sentnerə bərabər olmuşdur.

Məhsulun 1731,8 min tonunu və yaxud 60,8 faizini buğda, 1092,0 min tonunu (38,3 faizini) arpa, 26,2 min tonunu (0,9 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil etmişdir.

Respublikanın 23 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 31 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, digərlərində isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olmuşdur.

Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 44,7 sentner), Bərdə (müvafiq olaraq 44,3), Tovuz (42,8), Sabirabad (42,6), Tərtər (40,9), Saatlı (40,7), Ağcabədi (40,4), Ağdam (40,3), Samux (40,0), İmişli (39,4) və Beyləqan (37,7) rayonlarında olmuşdur.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (192,3 min ton), Kürdəmir (135,1 min ton), Füzuli (125,7 min ton), Ağsu (115,6 min ton), Ağcabədi (113,8 min ton), İsmayıllı (110,7 min ton), Biləsuvar (96,7 min ton) və Sabirabad (93,1 min ton) rayonlarında müşahidə olunmuşdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO