Beşinci ixtisas qrupu üzrə müsabiqədə plan yerlərinin SAYI AÇIQLANDI  

Beşinci ixtisas qrupu üzrə müsabiqədə plan yerlərinin SAYI AÇIQLANDI  

Hazırda oxunan: Beşinci ixtisas qrupu üzrə müsabiqədə plan yerlərinin SAYI AÇIQLANDI  

89384

2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin V ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat V qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb.  

Bildirilib ki, 2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin V ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 1335, rus bölməsi üzrə 184, hər iki bölmənin birgə müsabiqəsi üzrə isə 2574 olmaqla, ümumilikdə 4093 plan yeri nəzərdə tutulur.  

1574 yer üzrə qəbul dövlət sifarişi əsasında aparılır. 

Xatırladaq ki, avqustun 28-dək I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi keçiriləcək.  
Hər bir ixtisas üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı və dövlət sifarişinin yerinə yetirilməsində iştirak edən ali təhsil müəssisələrinin siyahısı və ayrı-ayrı ixtisasların ali məktəblər üzrə plan yerlərinin sayı, onların kodları, təhsil formaları (əyani, qiyabi) və təhsil haqqının məbləği “Abituriyent” jurnalının 2022-ci il 4-cü nömrəsində dərc olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO