BTQ-da tranzit yüklərin gömrük rəsmiləşdirilməsi SADƏLƏŞDİRİLİR

BTQ-da tranzit yüklərin gömrük rəsmiləşdirilməsi SADƏLƏŞDİRİLİR

Hazırda oxunan: BTQ-da tranzit yüklərin gömrük rəsmiləşdirilməsi SADƏLƏŞDİRİLİR

89309

Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə tranzit daşınan yüklər haqqında elektron məlumat mübadiləsi haqqında saziş imzalayıblar.

Bizim.Media xəbər verir ki, sənəd bu gün Bakıda gömrük məsələləri üzrə üçtərəfli komitənin iclasında hazırlanıb.

Saziş trans-Avropa və trans-Asiya dəmir yolu dəhlizlərini birləşdirən BTQ dəmir yolu ilə yüklərin daşınması baxımından yeni imkanlar yaradacaq.

Mallar haqqında ilkin məlumatların elektron mübadiləsi sayəsində gömrük prosedurları sadələşdiriləcək və sərhəd-keçid prosesləri sürətləndiriləcək. Müqavilə limanların logistik imkanlarının artırılmasına da kömək edəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən dəhlizin logistik hissəsidir. Layihə Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu şəbəkələrini vahid nəqliyyat dəhlizində birləşdirməyə imkan verib. BTQ-nin ümumi uzunluğu təqribən 830 km-dir.

Bu dəmir yolu xətti 2017-ci ildən sınaq rejimində fəaliyyət göstərir.

BTQ-nin Gürcüstan hissəsinin tikintisini Azərbaycan maliyyələşdirib və o, Gürcüstana ümumilikdə 775 milyon dollar dəyərində iki güzəştli kredit ayırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO