1 boksçumuz Avropa birinciliyində finala, ikisi yarımfinala yüksəldi

1 boksçumuz Avropa birinciliyində finala, ikisi yarımfinala yüksəldi

Hazırda oxunan: 1 boksçumuz Avropa birinciliyində finala, ikisi yarımfinala yüksəldi

89210

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsi başa çatıb.

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 28 ölkədən 378 idmançının qatıldığı yarışda Azərbaycan millisinin daha iki idmançısı yarımfinalda iştirak hüququ qazanıb.

Sübhan Babayev (44 kq) Emanuel Kioabadan (Rumıniya) sonra Tsotne Muntçavadan (Gürcüstan) da güclü olub.

Babayev bu görüşü vaxtından əvvəl hesabına yazıb. Boksçu ikinci raundda tam üstünlüklə qələbə qazanıb.

Bununla özü üçün ən azı bürünc medalı təmin edən dəri əlcək sahibi yarımfinalda Georgi Ralfla (İngiltərə) üz-üzə gələcək.

Bağır Əlimxanlı (46 kq) Oskaras Pliauqanı (Litva) mübarizədən kənarlaşdırdıqdan sonra 1/4 finalda ukraynalı Starik İllya ilə qarşılaşıb.

O, rəqibini 5:0 (30:27, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Bürünc medalı təmin edən Əlimxanlı yarımfinalda Mixael Xamesi (İngiltərə) sınağa çəkəcək.

Əli Məmişov (70 kq) isə adını finala yazdırıb. Orestas Staponkus (Litva) və Niko Qoretaya (Xorvatiya) qalib gələn idmançı yarımfinalda yunanıstanlı Nikalaos Bliatzeni də məğlub edib.

Məmişov 3:2 (28:29, 29:28, 29:28, 29:28, 27:30) hesablı qələbə sayəsində həlledici görüşə yüksəlib. O, çempionluq uğrunda Giorgi Biqvava (Gürcüstan) ilə qüvvəsini sınayacaq.

Kənan Aslanlı (60 kq) və İsmayıl Vəliyev (63 kq) isə medalın bir addımlığında büdrəyib.

Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (44 kq) də Avropa birinciliyinin yarımfinalında iştirak hüququ qazanıb.

Qaliblər avqustun 20-də bəlli olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO