FHN polkovniki video yayılmamışdan bir neçə gün əvvəl işdən çıxıb

FHN polkovniki video yayılmamışdan bir neçə gün əvvəl işdən çıxıb

Hazırda oxunan: FHN polkovniki video yayılmamışdan bir neçə gün əvvəl işdən çıxıb

89021

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Fövqəladə Hallar Nazirliyinin bir neçə vəzifəli şəxsinin intim xarakterli görüntüləri yayılıb. Artıq məsələ ilə bağlı ilk rəsmi açıqlama da verilib.

Baş Prokurorluq qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlayaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verməklə zəruri prosessual hərəkətlər yerinə yetirir.

Bizim.Media xəbər verir ki, "Qafqazinfo" hadisə ilə bağlı yeni məlumatlar əldə edib.

Videoda yer alan və qadınları çəkmək üçün otağına əvvəlcədən kamera yerləşdirdiyi iddia edilən polkovnik Zaur Mirzəyev görüntülər ictimailəşməmişdən bir neçə gün əvvəl, daha dəqiq isə avqustun 8-i öz istəyi ilə işdən azad olunub.

O, istefa verənə qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi olub.

Eyni zamanda, görüntülənən qadınlarla bağlı da FHN-də bu gün iclas keçiriləcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO