Hərbi eksperti təltif məsələsinə görə təhqir etdilər? – AÇIQLAMA 

Hərbi eksperti təltif məsələsinə görə təhqir etdilər? – AÇIQLAMA 

Hazırda oxunan: Hərbi eksperti təltif məsələsinə görə təhqir etdilər? – AÇIQLAMA 

8901

“Bizim.Media saytına verdiyim açıqlamada səsləndirdiyim fikirlərə görə mənfi rəylərlə, tənqid və təhqirlərlə rastlaşdım. Əfsuslar olsun ki, sosial şəbəkədə olan insanların bir çoxu, təltiflərin təqdim edilməsi prosedurları ilə tanış deyillər”. 

Bunu Bizim.Media-ya hərbi ekspert Ədalət Verdiyev söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Hərbi ekspert: Təxribatın məsuliyyəti rus sülhməramlılarının üzərinə düşür


''Mən həmin məqalədə təltif olunan heyətin döyüşdə fərqlənənlərdən ibarət olacağını vurğulamışam. Azərbaycanda döyüşlərdə iştirak edənlər ilə təltif olunanlar arasında fərq kiçik deyil. Deməli, heç də bütün heyət mükafatlandırılmayıb. Mükafatların verilməsi bütün iştirakçılara aid edilə bilməz''.

''Mükafalandırmada əsas məqsəd döyüşlərdə fərqlənənləri digərlərindən daha önə çəkməkdən ibarətdir. Səfərbərliyə cəlb olunanların və həqiqi hərbi xidmətə çağırılanların heç də hamısı birbaşa döyüş əməliyyatlarında iştirak etməyiblər. Onların bir hissəsi ya ehtiyat bölmələrində, ya da təminat və təchizat bölmələrində xidmət keçib. Mən döyüşlərdə iştirak edən və fərqlənən şəxsi heyətin təltif olunmasının əleyhinə deyiləm”.

O, heç vaxt da buna qarşı olmadığını vurğulayıb:

''Təltif olunanların siyahısını da şəbəkədə ilk paylaşanlardan və onları təbrik edənlərdən biri olmuşam. Tam əksinə təltiflərin başa çatmadığını, o təltiflərin, gələcəkdə də davam edəcəyini dəfələrlə bildirmişəm. Statuslarımda isə bunu yazılı olaraq paylaşmışam. Adı çəkilən məqalədə təhqirlərə yol verən insanlara əlaqə nomrəmi də yazmışam''.

''Onlar arasında bir nəfərin cəsarəti çatmadı ki, mənə zəng etsin. İnsanlar klaviatura arxasında anlamadığı mövzuda təhqir yazmaqla özlərinin məxsus olduğu səviyyəni nümayiş etdirmiş olurlar. Bilərəkdən ya bilməyərəkdən, fərq etməz. Yaxşı olar ki, insanlar müzakirə etdiyi mövzuda heç olmasa araşdırma aparıb sonra rəy yazsınlar''.

Ədalət Verdiyev təəssüflə bildirib ki, sosial şəbəkədə az da olsa, qanunvericilikdən, baş verən hadisələrdən və real faktlardan istifadə etməyən, onlardan xəbəri olmayan istifadəçilər fikrini yalnız təhqirlə səsləndirirlər:

“Senzuraya və ailə tərbiyəsinə uyğun olmayan ifadələrə üstünlük verənlər, bu rəyləri onların özünə aid ediləcəyini unudurlar”.

Ekspertin fikrincə, döyüşlərdə şücayət göstərən və fərqlənən hərbçilərin mükafatlandırılması onların haqqıdır:

''Bəzi əsgər, zabit və generallarımız dəfələrlə təltif edilib. Ola bilər ki, kimlərinsə təltiflə əlaqəli məsələsi tam həll edilməyib. Bu da yaxın zamanlarda həllini tapacaq. Döyüşlərdə iştirak edən, lakin hərbi əməliyyatlar zamanı nöqsanlara, yalnışlara yol verən, sosial şəbəkələrdə bölmələrimizi təhlükəyə atan  paylaşımlar edən, bəzi paylaşımları ilə ordumuzun nüfuzuna xələl gətirən, aparılan diplomatik fəaliyyətlərə ziyan vuran hərbçi müharibə iştirakçısı olsa belə, onların mükafatlandırılması çətinliklər yaradır''.

''Bəzi yüksək rütbəli zabitlərin belə adlarının mükafatlandırlanlar arasında olmaması onu göstərir ki, müharibədə heç də hamı təltif olunmur. Təltiflər yalnız döyüşdə fərqlənən və şücaət göstərən, döyüş əmrlərini vaxtında və dəqiq yerinə yetirən heyətə aid edilir''. 

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO