Lisey və gimnaziyalara şagirdlərin şəxsi işlərinin qəbul edilməsi mərhələsi bu gün başa çatır

Lisey və gimnaziyalara şagirdlərin şəxsi işlərinin qəbul edilməsi mərhələsi bu gün başa çatır

Hazırda oxunan: Lisey və gimnaziyalara şagirdlərin şəxsi işlərinin qəbul edilməsi mərhələsi bu gün başa çatır

89009

2022-2023-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul olan şagirdlərin şəxsi işlərinin qəbul edilməsi mərhələsi 17 avqust saat 17:00-da başa çatacaq.

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, boş qalan yerlər üçün 2-ci mərhələ avqustun 19-dan 22-dək həyata keçiriləcək.

Bu mərhələdə aşağıdakı kateqoriya üzrə şagirdlərin iştirakına icazə verilir:

Birinci mərhələdə seçim edib qəbul olmayanlar;

Birinci mərhələdə seçim etməyənlər.

Bu mərhələdə valideynlər şagirdlərin yerdəyişməsi elektron xidmət portalında (//sy.edu.az/login) “Şəxsi kabinet”lərinə daxil olaraq lisey seçimi edəcək.

Şagird qəbul olduğu halda avtomatik sorğu yaradılır.

Daha sonra şagirdin şəxsi işləri ötən tədris ilində təhsil aldığı məktəbdən təhvil alınaraq, qəbul olduğu ümumtəhsil müəssisəsinə təhvil verilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO