İdmançılarımız 8 növdə mübarizəyə başlayır - İslamiada

İdmançılarımız 8 növdə mübarizəyə başlayır - İslamiada

Hazırda oxunan: İdmançılarımız 8 növdə mübarizəyə başlayır - İslamiada

88997

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 13-cü günə start verilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan idmançıları bu gün 8 idman növündə qüvvəsini sınayacaq.

Bu gün Azərbaycan karateçiləri də mübarizəyə qoşulacaq.

Kamandan oxatma

09:00 Komanda və qarışıq komanda yarışları

Qılıncoynatma

10:00 Kişilər, şpaqa komanda yarışları

Karate

10:00 Roman Heydərov (kata), Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), İnci Əzizova (50 kq), Mədinə Sadıqova (55 kq)

Cüdo

11:00 Kişi və qadınlardan ibarət qarışıq komanda yarışları

Üzgüçülük

11:00 Məryəm Şeyxəlizadəxangah (50 metr sərbəst üsulla üzmə, təsnifat; 100 metr batterflay üsulu ilə üzmə, final), Selcan Əbdürəhmanlı, Fatimə Alkərəmova (hər ikisi 400 metr sərbəst üsulla üzmə), qarışıq estafet (4x100 metr, qadınlar, final), qarışıq estafet (4x100 metr, kişilər, yarımfinal), Əbdürəhman Rüstəmov (50 metr batterflay üsulu ilə üzmə)

Kikboksinq
 

11:00 Yarımfinallar. Ramal Aslanov (low kick, 75 kq), Anar Məmmədov (low kick, 57 kq), Bəybala Quliyev (low kick, 86 kq), Amil Məmmədov (full contact, 51 kq), Camal Məmmədov (full contact, 54 kq), Ramiz Məmmədov (full contact, 60 kq), Fərid Ağamoğlanov (full contact, 63,5 kq), Saqi Salehli (full contact, 75 kq), Elvin Ağayev (full contact, 86 kq), Surət Qarayev (full contact, 91 kq), Fəridə Abdullayeva (52 kq), Tülün Ələkbərova (60 kq), Esmira Məmmədova (65 kq); Finallar. Rəhim Əliyev (low kick, 71 kq), Bəhram Rəcəbzadə (low kick, +91 kq)

İdman gimnastikası

11:30 Qadınlar, çoxnövçülük, komanda yarışları

3x3 basketbolu

17:45 Azərbaycan – İordaniya (kişilər, 1/4 final)

18:45 Azərbaycan – Özbəkistan (qadınlar, 1/2 final)

Qeyd edək ki, Azərbaycanın indiyədək 71 medalı rəsmiləşib (para stolüstü tennisdə qazanılan bürünc medal nədənsə hələ ki hesaba alınmayıb). Bu medallardan 22-si qızıl, 28-i gümüş, 21-i bürünc əyarlıdır.

Azərbaycan medal sıralamasında meydan sahibi Türkiyə, Özbəkistan və İrandan sonra 4-cü yerdədir. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO