Hərbi tibb ixtisası üzrə əlavə sənəd qəbulu elan edildi

Hərbi tibb ixtisası üzrə əlavə sənəd qəbulu elan edildi

Hazırda oxunan: Hərbi tibb ixtisası üzrə əlavə sənəd qəbulu elan edildi

88872

Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə Hərbi tibb ixtisası üzrə bu il sifariş olunmuş plan yerləri tam komplektləşdirilmədiyi üçün əlavə sənəd qəbulu elan edilir.

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya bildirilib ki, hazırkı sənəd qəbulunda cari ildə IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında (buraxılış+blok) iştirak edib ən azı 400 və daha çox bal toplayan, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Hərbi tibb işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 16-23 avqust (bazar günü istisna olmaqla) 2022-ci il tarixlərində Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində yaradılmış komissiyaya müraciət etməlidirlər.
(Ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 431-39-73).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO