Türkiyə S-400 raket kompleksinin yeni tədarükü ilə bağlı müqavilə imzaladı

Türkiyə S-400 raket kompleksinin yeni tədarükü ilə bağlı müqavilə imzaladı

Hazırda oxunan: Türkiyə S-400 raket kompleksinin yeni tədarükü ilə bağlı müqavilə imzaladı

88827

Türkiyə ilə S-400 zenit-raket komplekslərinin ikinci partiyasının tədarükü üçün müqavilə imzalanıb və bu çərçivədə sistemin ayrı-ayrı komponentlərinin istehsalının lokallaşdırılması nəzərdə tutulub. 

Bizim.Media "Kommersant"a istinadən xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev yayıb. 

O, müqavilənin nə vaxt imzalandığını açıqlamayıb.

Şuqayev “Ordu-2022” forumunda TASS-a bildirib ki, sözügedən müqavilənin praktiki icrası artıq aparılır. 

“Yaxın illərdə hər hansı bir dövlətin “S-400 Triumf” hava hücumundan müdafiə sisteminə yaxınlaşa biləcək bir sistem yaradacağına inanmaq üçün heç bir əsas yoxdur”, - deyə o vurğulayıb.
Xatırladaq ki, Moskva və Ankara 2017-ci ildə S-400-lərin tədarükünə dair müqavilə imzalayıb. Türkiyə bu sistemləri alan ilk NATO ölkəsi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO